02:18 03 İyun 2020 564
Ana səhifə Xəbərlər

Göyçayda 4 avtomobil toqquşdu - XƏSARƏT ALANLAR VAR

Göyçay rayonunda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə saat 23 radələrində Göyçay-Ucar yolunun 8-ci kilometrliyində, Xəlitli kəndi ərazisində qeydə alınıb.

Göyçay sakinləri, 1995-ci il təvəllüdlü Şahin Məmmədovun idarə etdiyi "VAZ 2106", 1996-cı il təvəllüdlü Aqşin İsmayılovun idarə etdiyi "Wolkswagen Passat", Nurlan Vəliyevin idarə etdiyi "VAZ 21014", 1978-ci il təvəllüdlü Seymur Şirinovun idarə etdiyi "Mersedes Sprinter" markalı yük avtomobilləri toqquşub.

Hadisə zamanı Göyçay şəhər sakini, 1978-ci il təvəllüdlü Ariz İsmayılov, Nurlan Vəliyev və başqa 2 nəfər müxtəlif xəsarətlərlə Göyçay Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı Göyçay Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın