16:06 16 Yanvar 2021 247
Ana səhifə Xəbərlər

Göyçayda 5 otaqlı ev yanıb – XƏSARƏT ALAN YOXDUR

Göyçay rayonunda yanğın hadisəsi baş verib.

APA TV-nin yerli bürosunun xəbərinə görə, bu gün saat 12:00 radələrində rayonun Qaraxıdır kənd sakini, 1974-cü il təvəllüdlü Cəlilov Süleyman Xəlil oğluna məxsus fərdi yaşayış evində baş verən yanğının söndürülməsi üçün əraziyə FHN-nin Göyçay Dövlət Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub.

Hadisə zamanı ümumi sahəsi 130 kvadratmetr olan 5 otaqlı ev və içərisindəki əşyalar tamamilə yanıb.

Ailə üzvləri evdə olmadığı üçün hadisə barədə yanğından mühafizə hissəsinə gec məlumat verilib.

Hadisə zamanı xəsarət alan olmayıb. Alovun yaxınlıqdakı tikililərə keçməsinin qarşısı alınıb.

Faktla bağlı araşdırma aparılır.

Şahnəzər Bəşirov

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın