21:20 11 Noyabr 2019 56
Ana səhifə Xəbərlər

Göyçayda ev yanıb

Göyçayda yanğın hadisəsi baş verib.

APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə bu gün səhər saatlarında Göyçayın Çayarxı kəndində, 1969-cu il təvəllüdlü Feyzullayev Mikayıl Qoca oğluna məxsus ümumi sahəsi 100 kvadrat metr olan evdə qeydə alınıb.

Yanğının söndürülməsi üçün əraziyə FHN-in Göyçay rayon Dövlət Yanğından Mühafizə Hissəsinin 3 yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub. Hadisə zamanı ev və içərisindəki əşyalar tamamilə yanaraq yararsız hala düşüb. Hadisə zamanı evə bitişik ümumi sahəsi 144 kvadrat metr olan talvar və onun altına yığılmış taxtalar yanıb, xəsarət alan olmayıb.

Yanğının hansı səbəbdən baş verdiyi hələ ki, məlum deyil. Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın