12:58 05 Dekabr 2020 298
Ana səhifə Xəbərlər

Göyçayda evini tərk edən koronavirus xəstəsi aşkarlanıb

Göyçayda yaşadığı ünvanı tərk edən koronavirus xəstəsi aşkarlanıb.

APA TV-nin yerli bürosunun xəbərinə görə, Göyçay şəhər sakini Xasi Məmmədov COVİD-19 virusunun daşıyıcısı olduğu üçün ev şəraitində müalicəyə cəlb olunub.

Ancaq o, evdə özünü təcrid etməli olduğu halda, karantin qaydalarını pozaraq ictimaiyyət arasına çıxıb. Polis əməkdaşları tərəfindən onun olduğu yer müəyyən olunub və yaşadığı ünvana göndərilib.


Xası Məmmədov barəsində Göyçay RPŞ-nin istintaq bölməsində araşdırma aparılır.


Şahnəzər Bəşirov

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın