18:40 28 May 2020 1670
Ana səhifə Xəbərlər

Göyçayda narkotik yetişdirən bərbər tutuldu

Göyçayda narkotik bitkilər yetişdirən bərbər tutulub.

APA TV-nin yerli bürosu xəbər verir ki, rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən Göyçay şəhər sakini Zaur Bağırov saxlanılıb.

Onun yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilən zaman 22 ədəd çətənə bitkisi aşkar olunaraq maddi sübut kimi götürülüb.

Qeyd edək ki, Zaur Bağırov Göyçay şəhərində bərbərlik fəaliyyəti ilə məşğul olur.

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın