18:11 21 Noyabr 2020 194
Ana səhifə Xəbərlər

Göygöldə “Mercedes” “TIR”la toqquşdu

Göygöldə ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayonun Balçılı kəndindən keçən hissəsində qeydə alınıb.

Kənd sakini, 30 yaşlı Nazarov Hümbət Elnur oğlunun idarə etdiyi “Mercedes” markalı minik maşını ilə “TIR” toqquşub. Nəticədə minik avtomobilinin sürücüsü ağır xəsarət alıb.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın