11:20 22 Avqust 2019 41
Ana səhifə Xəbərlər

Göygöldə meşədə yanğın olub

Göygöldə meşə ərazisi yanıb. APA TV-nin qərb bürosunun məlumatına, hadisə rayonun Gəncə kəndində qeydə alınıb. 2 hektardan artıq meşə massivində başlayan yanğın yerinə Göygöl rayon Dövlət Yanğından Mühafizə Hissəsinin 2, Gəncə şəhər Hacıkənd qəsəbəsindən isə 1 yanğınsöndürən maşın və canlı qüvvə cəlb olunub. Meşəliyin yarım hektara yaxın ərazisini əhatə edən yanğın söndürülüb və yanğının meşəlik əraziyə tam keçməsinin qarşısı alınıb. Yanğın zamanı iri və xırda gövdəli ağaclar, kol-kos yanıb. Yanğının səbəbi araşdırılır.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın