18:25 23 Sentyabr 2020 208
Ana səhifə Xəbərlər

Göygöldə qayadan yıxılan yeniyetmə xəstəxanada öldü

Göygöldə bədbəxt hadisə baş verib.

APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə rayonun “Qayalıq” adlanan ərazisində qeydə alınıb.

Rayon sakini, 2007-ci il təvəllüdü İmaməddin Səfərov qayadan yıxılaraq çaya düşüb. 13 yaşlı oğlan ağır vəziyyətdə xəstəxanaya yerləşdirilsə də onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın