14:00 28 Yanvar 2020 176
Ana səhifə Xəbərlər

Göygöldə yol qəzasında 2 nəfər xəsarət alıb

Göygöl rayonunda 2 nəfərin xəsarət alması ilə nəticələn yol qəzası baş verib.

APA Tv-nin yerli bürosunun məlumatına görə, qəza Gəncə-Şəmkir yolunun Göygöl rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “Qazel” markalı yük maşını ilə “Mercedes” markalı minik avtomobili toqquşub.

İlkin məlumata görə, qəza zamanı 2 nəfər xəsarət alıb

Hadisə yerinə təcili tibbi yardım briqadası və DYP əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın