12:00 02 Dekabr 2019 35
Ana səhifə Xəbərlər

Güclü külək əsir, yağış başlayır - HAVA PROQNOZU

Dekabr 3-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Güclü şimal-qərb küləyi gündüz mülayim cənub-qərb küləyi ilə əvəz olunacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən APA TV-yə bildirilib ki, havanın temperaturu Abşeron yarımadasında gecə 5-8, gündüz 9-11, Bakıda gecə 5-7, gündüz 9-11 dərəcə isti olacaq.

Bölgələrdə havanın arabir yağınıtlı olacağı, dağlıq və dağətəyi ərazilərdə qar yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi arabir güclənəcək.

Havanın temperaturu gecə 3-7, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 2-6 dərəcə isti olacaq.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın