22:00 26 Fevral 2020 160
Ana səhifə Xəbərlər

Güclü külək fəsadlar törədib – AĞCABƏDİDƏ

Güclü külək Ağcabədidə də fəsadlar törədib.

APA Tv xəbər verir ki, qeyri-sabit hava şəraiti məcburi köçkünlərin məskunlaşdığı yataqxana binasının dam örtüyünü uçuraraq tamamilə yarasız hala salıb. Eyni vaxtda 5 nömrəli tam orta məktəbin dam örtüyünə də ziyan vurub.

Güclü külək məktəb binasından sökülən tikinti materiallarını qopararaq yaxınlıqdakı evlərin həyətinə salıb. Xoşbəxtlikdən həmin vaxt rayon sakinləri arasında zərər çəkən olmayıb. Bununla yanaşı irigövdəli ağaclar yolun hərəkət istiqamətinə aşıb. Aidiyyatı qurumlar həmin ağacları kəsərək yoldan kənarlaşdırıblar. Yol kənarlarında və ara küçələrdə olan işıq dirəklərinin də bir hissəsi aşaraq yararsız hala düşüb. Rayon ərazisinin bir hissəsində elektrik enerjisinin verilməsində fasilə yaransa da günün sonunda bərpa olub.

Küləyin vurduğu ziyanın məbləği araşdırıldıqdan sonra məlum olacaq.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın