02:17 23 May 2020 899
Ana səhifə Xəbərlər

Güclü külək qərb bölgəsində fəsadlar törədib

Gəncədə güclü külək bir sıra fəsadlara yol açıb.

APA TV xəbər verir ki, anidən başlayan və təxminən 20 dəqiqə çəkən küləyin təsirindən şəhərin mərkəz hissəsində, o cümlədən digər küçə və prospektlərdə iri gövdəli ağaclar yol kənarlarına, eləcədə avtomobillərin üzərinə aşıb. Bundan əlavə külləyin şiddəti bəzi binalarda dam örtüyünü sıradan çıxarıb, elektrik enerjisinin verilişində fasilələr yaranıb. Belə ki, təbiət hadisəsi zamanı təxminən 10-a yaxın bina işıqsız qalıb. Hətta güclü küləyin əsməsi nəticəsində ağac avtomobilin üstünə aşıb.

Hazırda işıqsız qalan binaların elektrik enerjisinin bərpa edilməsi üçün işlər aparılır. Aidiyyatı qurumlar tərəfindən şəhər təsərrüfatına dəyən ziyanın miqdarı hesablanır. Analoji vəziyyət Samux və Şəmkir rayonlarında da qeydə alınıb. Burada da iri gövdəli ağaclar aşıb. Şəmkir rayonunun bəzi kəndlərində elektrik enerjisinin verilişində fasilələr yaranıb.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın