14:57 14 İyul 2020 328
Ana səhifə Xəbərlər

Güclü külək və leysan Göyçayda fəsadlar törətdi

Göyçayda güclü külək və leysan yağışı fəsadlar törədib.

APA TV-nin yerli bürosunun xəbərinə görə, Göyçay rayonunun Şəkər və Veysəlli kəndlərində güclü küləklə müşahidə olunan leysan yağışı nəticəsində təsərrüfatın ayrı-ayrı sahələrinə ciddi ziyan dəyib.

Təxminən 30 dəqiqə davam edən güclü külək evlərin və tövlələrin dam örtüyünü qoparıb, sellofan örtüklü istixanaları dağıdıb, pomidor və xiyar şitillərini, yetişmiş meyvə-tərəvəz məhsullarını tələf edib, ağacları, eləcə də primitiv tikilmiş hasarları, elektrik və rabitə dirəklərini aşırıb, naqilləri qırıb. Bu kəndlərə elektrik və rabitə verilişi dayanıb. Küləyin təsiri nəticəsində dam örtüyü qopan evlər yağış suları altında qalıb. Nəticədə kənd sakinlərinə küllü miqdarda maddi ziyan dəyib.

Məsələ ilə bağlı rayon Fövqəladə Hallar Komissiyasına məlumat verilib.

Şahnəzər Bəşirov

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın