21:30 28 Fevral 2021 101
Ana səhifə Xəbərlər

Gürcü jurnalistlər işğaldan azad edilmiş Füzuli rayonuna səfər edib

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin və Azərbaycan Respublikasının Gürcüstandakı Səfirliyinin təşkilatçılığı və dəstəyi ilə gürcü jurnalistlər və ekspertlərin Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərinə səfəri təşkil edilib.

APA TV-nin məlumatına görə, fevralın 27-dən başlayan səfər martın 1-dək davam edəcək.

Jurnalistlər səfər çərçivəsində işğaldan azad olunmuş Füzuli rayonuna səfər ediblər.

Gürcüstan Strateji Beynəlxalq Araşdırmalar Fondunun eksperti Aleksandr Klaxadze bildirib, məscidlər, qəbiristanlıqlar da dağıdılıb:

“Biz dünən Azərbaycanın işğaldan azad edilmiş Ağdam rayonuna səfər etdik, bu gün isə Füzuli rayonunda səfərdəyik. 30 il ərzində Ermənistanın işğalı altında qalmış bu ərazilərdə daş daş üstündə qalmayıb, Azərbaycan xalqına məxsus hər şey məhv edilib. Eyni zamanda işğaldan azad edilmiş ərazilər minalanıb, bu əraziləri minalardan təmizləmək üçün uzun illər zamandır. Biz işğaldan azad edilmiş Cəbrayıl və digər rayonlarda da olacağıq”

Füzuli rayonunda səfərdə olan tarix elmləri doktoru, Suxumi Dövlət Universitetinin professoru Quram Marxulia deyib ki, ermənilər “başqa dövlətin bayrağı altında döyüşəndə” qalib gəliblər:

“Ermənilər nə vaxt meydanda azərbaycanlılarla təkbətək qaldı, döyüş meydanından arxalarına baxmadan qaçdılar. Dünən səfər etdiyimiz Ağdamda onların vandallığının şahidi olduq. Ağdam hazırda faktiki ölü şəhərdir. Onlar məsciddə inək, donuz saxlayıblar. Əgər sən xristiansansa, bu o demək deyil ki, müsəlmanların müqəddəs məkanlarına hörmətlə yanaşmamalısan”.

Füzuli Beynəlxalq Hava Limanının uçuş-eniş zolağının uzunluğu 3 kilometr, eni isə 60 metr olacaq. Bu barədə işğaldan azad edilmiş Füzuli rayanunda səfərdə olan gürcü jurnalistlərə məlumat verilərkən bildirilib.

Gürcü jurnalistlər və ekspertlərin Cəbrayıl və digər işğaldan azad edilmiş rayonlara da səfər etməsi, işğalçı Ermənistanın törətdiyi dağıntıların, vandallığın şahidi olmaları, çəkilişlər aparmaları planlaşdırılır.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın