01:15 08 Avqust 2020 386
Ana səhifə Xəbərlər

Hacıqabul-Qalmaz qaz kəmərində yanğın baş verdi

Hacıqabul-Qalmaz qaz kəmərində yanğınla müşayət olunan partlayış baş verib

APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, hadisə avqustun 7-də saat 20.35 radələrində Hacıqabul rayonu ilə sərhəd olan Abşeron rayonunun çöllük ərazisində qeydə alınıb.

Hacıqabul magistral qaz kəmərləri sahəsindən Qalmaz yeraltı qaz anbarını birləşdirən 750 mm-lik yüksək təzyiqli qaz kəmərində partlayış baş verib. Partlayışın episentrində 10 metr diametrində çuxur yaranıb. Partlayış alovla müşayət olunub. Yanğın 3 saata qədər davam edib.

Hadisə yerinə FHN yanğından mühafizə xidmətinin əməkdaşları cəlb olunub. Qaz kəmərində qazın verilişi dayandırılıb və təxminən 23.30 radələrində kəmərdə yanğın dayanıb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları, “Azəriqaz” ASC-nin mütəxəsisləri və məsul şəxslər cəlb olunub. Qəzanın başvermə səbəbləri araşdırılır.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın