04:40 01 Aprel 2020 256
Ana səhifə Xəbərlər

Hacıqabul rayonunda karantin rejimi barədə sakinlər maarifləndirilir

Artıq bir neçə gündür ki, bütün ölkə ərazisində koronavirus pandemiyasının qarşısının alınması üçün ölkəmizdə xüsusi karantin rejimi elan olunub. İnsanların küçə və parklarda istirahətinə, ictimai iaşə obyektlərin fəaliyyətinə rəsmi olaraq qadağa qoyulub.

APA TV-nin xəbərinə görə, Hacıqabul rayon mərkəzində də karantin rejiminin qaydalarına ciddi əməl edilir. Rayon icra hakimiyyəti tərəfindən yaradılan mobil qruplar, rayon polis şöbəsinin əməkdaşları sakinlərə yaxınlaşaraq onları evdə qalmağa üstünlük vermələri barədə xəbərdar edirlər. Onlara əsaslı səbəb olmadan evlərini tərk etməmək barədə göstərişlər verilir.

Xüsusən yaşlı nəslin nümayəndələri ilə profilaktik söhbətlər aparılır. Onlara özlərini və başqalarını risk altında qoymamağı izah edirlər. Hər hansı problem yaşanan zaman müvafiq qurumlara telefonla zəng etməyə üstünlük vermələri onlardan xahiş olunur. Polis əməkdaşları tərəfindən gün ərzində səsgücləndirici vasitəsi ilə əhalini karantin rejiminə əməl etməyə çağırışlar edilir.

Şəhər ərazisində park və istiriahət ərazilərində skamyalar götürülüb. Karantin rejiminin daha sərtləşdirilməsi istiqamətində işlər davam etdirilir.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın