03:20 14 Dekabr 2019 132
Ana səhifə Xəbərlər

Həmyerlilərinə at əti yedirən şəxs ifşa edildi - İSMAYILLIDA

İsmayıllı polisinin şübhələri özünü doğruldub.

APA TV-nin yerli bürosunun məlumatına görə, rayon mərkəzində saxlanılan “VAZ 21011” markalı avtomobildən mənşəyi məlum olmayan ət aşkarlanıb.
Sürücü - rayon sakini Elçin Məmmədov maşının yük yerində at əti daşıdığını etiraf etməyə məcbur olub, çünki ondan tələb olunan müvafiq sənədi təqdim edə bilməyib.

O, atı Ağsu rayonunda kəsib, İsmayıllıya gətirdiyini bildirib

Aşkar edilmiş 45 kq ətdən götürülmüş nümunələr ekspertiza üçün aidiyyəti qurumun laboratoriyasına təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın