07:20 03 İyun 2020 202
Ana səhifə Xəbərlər

Həyətində narkotik yetişdirən Balakən sakini yaxalandı

Yaşadığı evin həyətyanı sahəsində narkotik yetişdirən Balakən sakini saxlanılıb.

APA TV-nin məlumatına görə, rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Mahamalar kənd sakini, 44 yaşlı Abdulla Babayev şübhəli şəxs qismində tutulub.

Onun yaşadığı evin həyətyanı sahəsinə baxış zamanı tərəvəz bitkilərinin əkildiyi sahədə xüsusi aqrotexniki qaydada qulluq göstərməklə yetişdirdiyi 37 ədəd narkotik tərkibli çətənə kolları aşkar edilərək maddi sübut kimi götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın