10:57 08 Avqust 2020 327
Ana səhifə Xəbərlər

Həyətində narkotik yetişdirən Xızı sakini həbs edildi

Həyətində narkotik becərən Xızı sakini saxlanılıb.

DİN mətbuat xidmətinin Quba regional qrupundan APA TV-yə verilən məlumata görə, rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində Yeni Yaşma qəsəbə sakini Xəyal Qədirov yaxalanıb.

Ona məxsus evə keçirilən baxış zamanı xüsusi aqrotexniki qaydada qulluq edilərək yetişdirilən 13 ədəd çətənə bitkisi aşkarlanıb.

Dindirilmə zamanı Xəyal Qədirov çətənə bitkilərini şəxsi istifadəsi üçün becərdiyini etiraf edib.

Faktla bağlı cinayət işi açılıb, araşdırmalar aparılır.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın