11:50 13 Yanvar 2021 34
Ana səhifə Xəbərlər

"Hövsanlı Mayıl”ı qətlə yetirən şəxsin məhkəməsi başlayır – BAKIDA

Bakıda kriminal avtoriteti qətlə yetirməkdə təqsirləndirilən Aslan Sadıqovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

APA TV xəbər verir ki, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Əlövsət Abbasovun icraatına verilib.

Qeyd edək ki, hadisə ötən il iyulun 2-də saat 23 radələrində Suraxanı rayonu Hövsan qəsəbəsində qeydə alınıb. Qəsəbə ərazisində 1979-cu il təvəllüdlü Mail Mustafayevin bıçaqlanaraq öldürülməsi barədə daxil olan məlumat əsasında dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib.

Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

Onu da qeyd edək ki, qətlə yetirilən Mail Mustafayev kriminal aləmdə “Hövsanlı Mayıl”, “Mayıl Naxçıvanski” kimi tanınıb. O, əvvəllər dəfələrlə məhkumluq həyatı yaşayıb. M.Mustafayevin mərhum qanuni oğru Rövşən Lənkəranskinin yaxın adamlarından olduğu bildirilir.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın