01:11 05 İyul 2020 304
Ana səhifə Xəbərlər

Bakı-Qazax yolunda iki yük avtomobili toqquşub, sürücü yaralanıb

Bakı-Qazax yolunda iki ağır tonnajlı yük avtomobili toqquşub, sürücü yaralanıb.

APA TV-nin Mil-Muğan bürosunun məluatına görə, hadisə yolun 136-cı kilometrliyində Hacıqabul rayonu Qarasu kəndi ərazisindən keçən hissəsində baş verib. Gədəbəy sakini, 1984-cü il təvəllüdlü Sülhəddin Qurbanovun idarə etdiyi mişar daşı ilə yüklənmiş “HOVO” markalı avtomobil hərəkətdə olarkən 100-dən çox iri buynuzlu heyvanla yüklü olan Ukrayna vətəndaşının idarə etdiyi “VOLVO” markalı TIR arxadan ona çırpılıb.

Nəticədə daşla yüklənimş yük avtomobili aşıb, mişar daşları magistrala tökülüb.

“HOVO” markalı yük avtomobilinin sürcüsü müxtəlif xəsarətlərlə Şirvan şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirlib. Həkimlər sürcünün sol qolunun amputasiya təhlükəsinin olduğunu bildiriblər.

Faktla bağli BDYPİ tərəfindən araşdırma aparılır.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın