12:27 21 Noyabr 2020 649
Ana səhifə Xəbərlər

Hulusi Akar: “Türk əsgəri ən qısa zamanda Azərbaycana gedəcək”

“Türkiyə Böyük Millət Məclisində qəbul edilən qanuna uyğun olaraq Mehmetcik ən qısa zamanda Azərbaycana gedəcək”.

APA TV-nin məlumatına görə, bunu Türkiyə Milli Müdafiə naziri Hulusi Akar deyib.

Nazir bildirib ki, Azərbaycanla bağlı layihə qəbul edilib, hazırlıqlar tamamlanıb. “Türk əsgəri ən qısa zamanda Azərbaycandakı vəzifələrinin başına gedəcək. Bununla əlaqədar xüsusilə Quru Qoşunlarımız işlərini tamamlayıb. Hava Qüvvələrimiz onların daşınmasına hazırdır” – deyə nazir qeyd edib.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın