12:00 12 Avqust 2019 32
Ana səhifə Xəbərlər

İdarəetmədən çıxan avtomobil ağaca çırpıldı 2 nəfər öldü, 1 nəfər yaralandı

Gecə saatlarında Lənkəran şəhərinin Füzuli küçəsində, sakinlər arasında Qalayçılar kimi tanınan məhəllədə ölümlə nəticələnən ağır yol qəzası baş verib. "Toyota" markalı avtomobil idarəetmədən çıxaraq yol kənarında olan iri gövdəli ağaca çırpılıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları çağırılıb. Qəza nəticəsində deformasiyaya uğramış avtomobildən ölən və xəsarət alanlar xüsusi alət və avadanlıqların köməyilə çıxarılıb. Maşında olan 3 nəfərdən ikisi 23 yaşlı Kamran Babayev hadisə yerində, 20 yaşlı Amal Quliyev isə xəstəxanada dünyasını dəyişib. Maşında olan digər yaralı 23 yaşlı Aydın Bağırlı isə xəsarət alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya Şöbəsinə yerləşdirilib. Faktla bağlı araşdırmalara başlanılıb.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın