16:40 28 Fevral 2020 209
Ana səhifə Xəbərlər

İdlibdə Türkiyənin 33 hərbçisi şəhid olub

İdlibdə Türkiyə Silahlı Qüvvələri hava hücumuna məruz qalıb.

APA Tv xəbər verir ki, İdlibdə Türkiyə Silahlı Qüvvələrinin 33hərbi qulluqçusu şəhid olub, 36 hərbçi isə yaralanıb.

Bu barədə Hatay valisi Rahmi Doğan bildirib.

Hatay valisi Rahmi Doğanın verdiyi son açıqlamaya görə, İdlibdə Türkiyə Silahlı Qüvvələrinin hava hücumuna məruz qalması nəticəsində şəhid sayı artıb.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Beştəpədəki Prezident Adminstrasiyasında təcili toplantı keçirib.

Toplantıda Türkiyənin Müdafiə naziri Hulusi Akar, Xarici işlər naziri Mövlud Çavuşoğlu, Milli Təhlükəsizlik Təşkilatının rəhbəri Hakan Fidan iştirak edib.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın