08:40 06 Oktyabr 2019 110
Ana səhifə Xəbərlər

İki avtomobil toqquşdu, biri aşdı – NƏRİMANOVDA

Ziya Bünyadov prospektinin Nərimanov rayonu ərazisinə düşən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.

Belə ki, yüksək sürətlə hərəkət edən MERCEDES markalı avtomobil sürücüsü idarəetməni itirərək onunla eyni istiqamətdə hərəkət edən digər nəqliyyat vasitəsi – KİA markalı avtomobilə çırpılıb. Zərbənin gücündən KİA yolayrıcı beton piltəyə dəyərək, aşıb. Eyni zamanda hadisəyə səbəb olan MERCEDES markalı avtomobil də səkiyə çırpılıb.

Avtoqəza nəticəsində KİA-nın sürücüsü xəsarət alıb. Prospektdə baş vermiş yol-nəqliyyat hadisəsi tıxaca səbəb olub. Hadisə yerinə cəlb edilmiş yol-patrul xidmətinin əməkdaşları nəqliyyatın hərəkətini bərpa edib. Qəzanın səbəbi araşdırılır.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın