14:11 11 İyul 2020 552
Ana səhifə Xəbərlər

İki gün əvvəl Kür çayında batan şəxslərin meyitləri tapıldı

İki gün əvvəl Kür çayının Zərdab rayonu Burunlu kəndi ərazisindən keçən hissəsində batan şəxslərin meyitləri tapılıb.

Fövqəladə Hallar Nazirliyindən APA TV-yə verilən məlumata görə, 1990-cı il təvəllüdlü Yusifov Cavid Arzu oğlunun və 2005-ci il təvəllüdlü Hüseynov Rahil Mahir oğlunun meyiti Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, iyulun 9-da Kür çayında 1990-cı il təvəllüdlü Cavid Arzu oğlu Yusifov, 2005-ci il təvəllüdlü Rahil Mahir oğlu Hüseynov və 2007-ci il təvəllüdlü Nahidə Rəşadət qızı İsmayılova batıb. Nahidə İsmayılova batan kiçik qardaşını xilas edərkən özü boğulub. Fövqəladə Hallar Nazirliyinin dalğıc-axtarış qrupu tərəfindən ilk olaraq onun meyiti tapılıb.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın