16:40 09 Noyabr 2019 44
Ana səhifə Xəbərlər

İki yük maşını toqquşub, yolda tıxac yaranıb - Hacıqabulda

Bakı-Qazax magistralında yük avtomobillərinin toqquşması tıxaca səbəb olub

APA TV-nin məlumatına görə, axşam saatlarında Bakı-Qazax magistralının Hacıqabul rayonu Nəvahı ərazisindən keçən hissəsində “KamAZ” markalı yük avtomobili ilə “Hyundai Atego” markalı avtomobil toqquşub. Sonuncu avtomobil yoldan çıxaraq dərəyə düşüb. Sürücülər yüngül xəsarət alıb. Bir müddət yolda tıxac yaranıb.

Qəza şahidləri bildirdilər ki, magistralda təmir işləri aparılır. Asfalt qatları yonulduğundan yolda çökəkliklər yaranıb. Havanın qaranlıq anlarında çökəklərə düşməmək üçün manevr qaydalarını məcburən pozulması qəza şəraiti yaradır. Yolda da xəbərdarlıqedici nişanlar qoyulmayıb.

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın