14:03 16 Sentyabr 2020 183
Ana səhifə Xəbərlər

İmişlidə 36 yaşlı kişini elektrik cərəyanı vurub öldürdü

İmişlidə 36 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb.

APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, bədbəxt hadisə rayonun Muradallı kəndində qeydə alınıb.

Kənd sakini, 1984-cü il təvəllüdlü Elgün Məmmədov yaşadığı həyətdə su motorunu işə salarkən elektrik cərəyanı onu vuraraq öldürüb.

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın