03:28 05 Dekabr 2020 219
Ana səhifə Xəbərlər

İmişlidə baş verən avtoqəzada bir ailənin 8 üzvü xəsarət alıb

İmişlidə baş verən qəzada bir ailənin 8 üzvü xəsarət alıb.

APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, hadisə İmişli rayonunun Şahverdili kəndində qeydə alınıb.

QAZ 24 markalı furqon tipli avtomobil yağışlı havada “Shacman” markalı yük avtombili ilə toqquşub. Nəticədə minik avtomobilində olan İmişli raynonunun Qaragüvənlik kənd sakinləri, 1987-ci il təvəllüdlü Əliyev Pərviz Səftər oğlu, 1994-cü il təvəllüdlü Əliyeva Aygül Hilqət qızı, 2016-cı il təvəllüdlü Əliyev Sabir Pərviz oğlu, 2017-ci il təvəllüdlü Əliyev Hüseyn Müslüm oğlu, 1986-cı il təvəllüdlü Əliyev Aytel Ağayar qızı, 1988-ci il təvəllüdlü Əliyev Müslüm Səftər oğlu, 1978-ci il təvəllüdlü Gülmalıyeva Zeynəb Məhyəddin qızı və 2003-cü il təvəllüdlü Gülmalıyev Fərhad Abdulla oğlu müxtəlif dərəcəli xəsarətlərlə Şirvan şəhər mərkəzi xəstəxanasına yerləşdirlib.

Faktla bağlı İmişli polis şöbəsində araşdırma aparılır.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın