22:40 14 Fevral 2020 221
Ana səhifə Xəbərlər

İmişlidə narkotik satan şəxslər tutuldu – 3 KQ-DAN ÇOX NARKOTİKLƏ

İmişlidə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıb.

APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı Çaxırlı kəndi ərazisində paytaxt sakini, 1991-ci il təvəllüdlü Bəhlul Sultanov və Xaçmaz rayon sakini, 1988-ci il təvəllüdlü Vüqar Abbasov saxlanılıb.

Əməliyyat zamanı Bəhlul Sultanovun idarə etdiyi “KİA” markalı avtomobilə baxış keçirilib. Bu zaman 2 kq 735 qram narkotik vasitə olan heroin və 835 qram metamfetamin aşkar edilib.

Faktla bağlı cinayət işi açılıb, istintaq davam etdirilir.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın