06:40 11 Sentyabr 2019 40
Ana səhifə Xəbərlər

İqtidar və müxalifət partiyalarının iştirakı ilə dəyirmi masa keçirildi

Bakıda "Azərbaycandakı siyasi proseslərə xarici müdaxilələrin yolverilməzliyi" mövzusunda dəyirmi masa keçirilib.

APA TV-nin xəbərinə görə, tədbir ölkədə fəaliyyət göstərən bir sıra siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının, media təmsilçilərinin və müstəqil siyasi ekspertlərin iştirakı ilə baş tutub. “Dəyirmi masa”nın iştirakçıları bu gün beynəlxalq aləmdə, o cümlədən regionda baş verən prosesləri, real imkan və perspektivləri müzakirə ediblər.

Tədbiri giriş sözü ilə açan Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı bildirib ki, Ermənistan beynəlxalq aləmdə və diplomatik sahədə Azərbaycana uduzmuş vəziyyətdədir. Onların təcavüzkarlığı dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatları tərəfindən tanınır. Bu səbəbdən də imkanlarımızın Ermənistanı üstələməməsi üçün onlar yeni bir metoda əl atırlar. Bu metod Azərbaycanı daxildən sarsıtmaqdır:

Bunun üçün onlar başqa bir formadan istifadə etməyə çalışırlar. Və mən deyərdim təəssüf ki, buna nail olmaqdadırlar. Söhbət nədən gedir? Bu və ya digər səbəb ucbatından, bu və ya digər vasitələrlə Azərbaycandan xaricə gedən, Qərbdə məskunlaşan və əslində anarxist bir mövqe nümayiş etdirən, özünü “mühacir müxalifət” adlandıran savadsız, iradəsi zəif və macəra axtaranların bir çoxunu ələ alaraq, Azərbaycana qarşı məhz azərbaycanlıların əli ilə, Azərbaycanın daxilində onun müqavimətini zəiflətməyə doğru ciddi addımlar atırlar”.

Yeni Azərbaycan Partiyasının sədr müavini, Baş nazirin müavini Əli Əhmədov qeyd edib ki, təcrübədə bu və ya digər ölkələrə müxtəlif şəkildə təsir göstərmək, onların daxili işlərinə qarışmaq halları olub. Bu hala müəyyən siyasi proseslər və seçkilər zamanı daha çox rast gəlinir: “Ölkədə siyasi partiyaların yaradılması hüququ o ölkənin vətəndaşlarına mənsubdur. Yaradılan siyasi təşkilat ölkənin daxilində fəaliyyət göstərməlidir və yalnız ölkə vətəndaşlarının fiziki və hüquqi şəxslərin ayırdığı vəsait hesabına maliyyələşə bilər. Bu şərtlər ona görə müəyyənləşib ki, ölkənin daxili siyasi prosesləri, ölkədə cərəyan edən bütün daxili siyasət yalnız ölkə vətəndaşlarının iştirakı ilə, ölkənin maraqlarının qorunması ilə, ölkə maraqlarına hər hansı bir xarici təhlükələrin daxil olmasına imkan verilməməsi şərti ilə reallaşdırıla bilər”.

Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev çıxışında deyib ki, Azərbaycan iqtidar-müxalifət münasibətləri aşağı səviyyədədir. Bu isə kənar müdaxilələrin də olmasına, bunun müxtəlif təzahürlərinin yaranmasına gətirib çıxarır: Kənardan müdaxilələr bu səbəbdən, bu fonda daha da təsirli, daha da ölkəni təhdid edən hala gəlir. Mən hesab edirəm ki, bizim bugünkü müzakirəmiz heç bir halda xarici miqrantlar üzərində qurulmamalı, fokuslaşmamalıdır. Çünki Azərbaycan dövlətçiliyi üzərində olan təhdid bundan daha geniş daha təhdiddir, daha miqyaslı məsələdir”.

Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn isə çıxışında bugünkü dəyirmi masaya bütün ictimai-siyasi çevrənin təmsilçiləri dəvət olunmalı olduğunu vurğulayıb. O, iqtidarın müxalifətə və ictimai təşkilatlara münasibətindən narazılıq edib.

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev çıxışında bu gün Azərbaycanda müəyyən nöqsanvəproblemlərin olduğunu deyib: Bu nöqsanların, problemlərin hər biri müzakirə olunmalıdır, o cümlədən Pənah bəy qeyd elədi, islahatların dəyişdirilməsi istiqamətində konkret addımlar atılmalıdır. Xaricdən idarə olunan, - belə deyək, mən indi hərdən fit müxalifət kimi də adlandırıram fitlə hərəkət elədiklərinə görə - müxalifətə bütün cəmiyyət dözümsüz olmalıdır. Və siz soruşa bilərsiz ki, əlinizdə fakt var? Bəli, var. Prezident seçkilərində Rüstəm İbrahimbəyov Azərbaycana gəldi. İki il öncə ziyalıların dəyirmi masasını yaratdı. Hamı bilirdi ki, hansı məqsədlə göndərilib, məqsəd nədən ibarətdir. Xatırlayırsınızsa, hələ Putinə şanlı məktub da yazdılar. Onun böyük demokrat olduğunu da həmin məktubda vurğuladılar və dəstək istədilər. Amma sonda nə baş verdi? Bir adam Rüstəm İbrahimbəyovdan soruşmamışdı ki, sənin Azərbaycanda vətəndaşlığın var, yoxsa yox? Rüstəm İbrahimbəyov bu yaxınlarda açıqlama verdi ki, məni Rusiya vətəndaşlığından məhrum etməyəndə çox sevindim. Biz bunları görə-görə gəlmişik”.

Hüquq müdafiəçisi Novella Cəfəroğlu bildirib ki, ölkədəqanunsuz əməllərlə məşğul olanməmurlara qarşı mübarizə aparılmalıdır: “Dünən elə 100 nəfər qol çəkib, gətirib bizə. Deməli, “Diqlas Ticarət Mərkəz”i yanmışdı. Prezident bunlara pul verib, pul ayırıb. Bunlar bu pulları camaata çatdırmırlar. 10 nəfərin ailəsi var. Bu olur 100, 200, 300, 400 nəfər. Yəni bu məmurların özbaşınalığı hakimiyyətə inamsızlığa gətirib çıxarır”.

"Azəri Türk"Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı deyib ki, dəfələrlə Avropada bir çox tədbirlərdə iştirak edib: “Bir dəfə Novella xanımla Brüsseldə Qarabağ konfransı adlı tədbirdə idik. Orada Serj Sərkisyanın əleyhdarlarıdavardı. Onlar iki məsələdə - Qarabağ və qondarma "ermənisoyqırımı” məsələsində Sərkisyanın ətrafında birləşdilər, Azərbaycanın əleyhinə çıxışlar etdilər. Ad çəkmək istəmirəm, orda bir azərbaycanlı qadın var idi ki, Qarabağməsələsininmüzakirəsində çıxıb Azərbaycan iqtidarının əleyhinə danışdı,bir cümlə belə Qarabağdan danışmadı”.

Tədbir müzakirələrlə davam edib, sonda bəyanat qəbul olunub. Qeyd edək ki, Müsavat Partiyasının başqanı Arif Hacılı və Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğluna dəvət göndərilsə də, onlar dəyirmi masaya qatılmayıb.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın