21:20 27 Yanvar 2020 192
Ana səhifə Xəbərlər

İran vətəndaşı 5 kq heroini yol kənarında gizlədib  - EV SAHİBİ İLƏ BİRLİKDƏ ƏLƏ KEÇDİ

Cəlilabadda narkotiklə saxlanılan İran vətəndaşı müvəqqəti yaşadığı evin sahibini ələ verib.

DİN mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi növbəti tədbir zamanı narkotik maddələrin satışı ilə məşğul olan daha 2 nəfər saxlanılıb.

Əməliyyat zamanı İran İslam Respublikasının vətəndaşı Dilehban Mohammad Jaberi müvəqqəti yaşadığı Masallı rayonu Şıxlar kəndindəki evdə tutulub. Evə baxış zamanı 2 ədəd polietilen torbada ümumi çəkisi 174,977 qram narkotik maddə olan heroin aşkar olunaraq götürülüb. İran vətəndaşı ifadəsində aşkar edilən narkotik vasitənin bir qisminin ev sahibi, Masallı rayon sakini Rasim Hüseynova məxsus olduğunu bildirib. Əməliyyat tədbirlərinin davamı olaraq Rasim Hüseynov da tutularaq istintaqa təqdim edilib.

Araşdırma zamanı müəyyən edilib ki, şəxsiyyəti istintaqa məlum olmayan “Müslüm” adlı İran vətəndaşı Azərbaycanda satmaq məqsədilə D.Jaberi və R.Hüseynova qaçaqmalçılıq yolu ilə külli miqdarda narkotik vasitə göndərib. Əməliyyat tədbirlərinin davamı olaraq D.Jaberinin əldə etdiyi və Ələt-Astara magistralının kənarında gizlətdiyi 3 büküm ümumi çəkisi 5 kiloqram olan heroin və 1 büküm ümumi çəkisi 380 qram olan metamfetamin aşkar olunaraq götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın