16:00 25 Fevral 2020 367
Ana səhifə Xəbərlər

İrandan qayıdan 23 nəfər xəstəxanaya yerləşdirildi - KORONAVİRUSA GÖRƏ

İrandan qayıdan 23 Azərbaycan vətəndaşı xəstəxanaya yerləşdirilib.

APA TV xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi birgə məlumat yayıb.

Məlumatda qeyd olunur ki, İran İslam Respublikasının xəstəlik qeydə alınan ərazilərində olan 23 nəfər müayinə məqsədilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

İlkin müayinə zamanı 2 nəfərin hərarəti normadan bir qədər yüksək olub. Səhhətlərində ciddi problem aşkarlanmayıb. Həkim müşahidələri karantin müddəti bitənə qədər davam edəcək.

Qeyd edək ki, yuxarıda qeyd olunanların əksəriyyəti İrana ziyarətə gedənlərdir.

Məlumatda həmçinin ölkə vətəndaşlarından qeyd edilən məsələyə həssas yanaşılmasını, süni ajiotaj yaratmaq məqsədi ilə sosial şəbəkələr vasitəsi ilə yayılan yalan məlumatlara etibar etməmələri xahiş olunur.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın