10:40 13 Yanvar 2020 479
Ana səhifə Xəbərlər

İranın yeganə qadın olimpiya medalçısı ölkəni tərk etdi

İranın yeganə qadın olimpiya medalçısı ölkədən mühacirət edib.

APA TV-nin “Reuters”ə istinadən məlumata görə, Kimiya Əlizadə bu barədə sosial şəbəkədə yazıb.

“Hakimiyyətin təbliğat vasitəsi olmaqdan bezdim” - deyə status paylaşan Rio-de-Janeyro Olimpiadasında bürünc medal qazanan taekvandoçu Avropaya yerləşir. O, hansı ölkəni seçdiyini dəqiq bildirməsə də, böyük ehtimalla Niderlandda yaşayacaq.

21 yaşlı idmançı qeyd edib ki, vətən həsrəti ilə yaşamaq çətin olacaq, lakin bu, ədalətsizlikdən, riya və ikiüzlülükdən yaxşıdır.

Mənim uğurlarımın şəriətlə heç bir əlaqəsi yoxdur, hakimiyyət isə nəticəni məhz hicabla və özünün müdrik siyasəti ilə əlaqələndirir. Xatırladaq ki, adı çəkilən ölkənin bütün qadın idmançıları kimi Kimiya Əlizadə də yarışlar zamanı hicab taxır.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın