14:40 08 Noyabr 2019 121
Ana səhifə Xəbərlər

İş axtaranlara müjdə: Məşğulluq alt sistemi fəaliyyətə başladı

Əmək və Əhalinn Sosial Müdafiəsi Nazirlliyi (ƏƏSMN) “Məşğulluq” altsistemini (MAS) istifadəyə verib.

APA TV-nin məlumatına görə, bunu DOST mərkəzində baş tutan mətbuat konfransında Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev deyib. Sözügedən layihə ölkədə işsizliyin minimuma endirilməsinə öz töhfəsini verəcək: “Birinci istiqamət sözsüz ki, vətəndaşlarımıza ünvanlanıb. Burada bizim işsiz və iş axtaran vətəndaşlarımız, həmçinin özünəməşğulluq proqramına müraciət etmək istəyən vətəndaşların məşğulluq xidməti orqanlarına qeydiyyata alınmaq üçün elektron formada, onlayn şəkildə müraciət edə biləcəklər”.

Nazir müavini işə götürən şəxslərin də “Məşğulluq” altsistemindən istifadə edə biləcəyini qeyd etdi: “İkinci istiqamətimiz işə götürənlərlə bağlıdır. İşə götürənlərində məşğuluq sahəsində öz vəzifələri var. Bu vəzifələrin icrası üçün biz işə götürənlər münasibətdə də bütün xidmətlərimizi elektronlaşdırmışıq. Məşğulluq altsistemi vasitəsi ilə bu xidmətlərin onlayn şəkildə həyata keçirilməsi təmin ediləcəkdir”.

Xatırladaq ki, işsiz və işaxtaranlar “E-sosial” və ya “e-gov.az” portalı vasitəsi ilə nazirliyin “Məşğulluq” altsisteminə daxil olaraq vakansiyalarla tanış ola və özləri üçün müraciət anketləri formalaşdıra bilər.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın