17:48 04 İyul 2020 554
Ana səhifə Xəbərlər

İş icazəsi ilə İsmayıllıya istirahətə gedənlər cərimələndi

Bakı şəhərindən, eləcə də sərtləşdirilmiş karantin rejimi elan olunan digər rayonlardan qaydaları pozaraq, İsmayıllı rayonuna istirahətə gedən şəxslər barəsində qanunauyğun müvafiq tədbirlər görülüb.

APA TV-nin yerli bürosunun xəbərinə görə, İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən şəxsi nəqliyyat vasitələri ilə rayon ərazisinə gələn şəxslər planşetlə yoxlanılıb və bəzilərinin icazəsiz gəldikləri müəyyən olunub.

Araşdırma zamanı bəzi şəxslərin çalışdıqları dövlət idarələri və müəssisələri tərəfindən verilmiş xüsusi icazələrdən sui-istifadə edərək, ailəsi ilə birlikdə istirahət məqsədilə rayona gəldiyi aşkarlanıb. Bu səbəbdən barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək cərimələniblər.

Bu istiqamətdə tədbirlər İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qarşıdakı günlərdə də davam etdiriləcək.

Şahnəzər Bəşirov

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın