16:08 20 Oktyabr 2020 205
Ana səhifə Xəbərlər

İşğaldan azad edilən Zəngilan şəhərində Azərbaycan bayrağı qaldırıldı - SÖZSÜZ

İşğaldan azad edilmiş Zəngilan şəhərində Azərbaycan bayrağı qaldırılıb.

APA TV-nin məlumatına görə, Azərbaycan bayrağını Zəngilanda qaldıran hərbçilərimiz oradan Azərbaycan Prezidentinə məruzə ediblər.

“Möhtərəm cənab Prezident, cənab Ali Baş Komandan!

Əmrinizə uyğun olaraq məruzə edirəm ki, Zəngilan şəhəri və ətraf əraziləri işğaldan azad olunmuşdur. Hal-hazırda Azərbaycan bayrağı dalğalanmaqdadır. Yaşasın Azərbaycan! Yaşasın Ali Baş Komandan! Qarabağ Azərbaycandır!”, - deyə müraciətdə bildirilib.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın