17:39 13 Avqust 2020 526
Ana səhifə Xəbərlər

İsmayıllı gənclərindən maraqlı layihə - KAFE, ÇAY EVLƏRİ VƏ AVTOBUSLARA KİTAB RƏFLƏRİ YERLƏŞDİRİLİR

İsmayıllıda kafe və çay evlərinə, avtobuslara kitab və qəzet rəfləri yerləşdirilir

İnsanlar öz vaxtlarının çox hissəsini sosial şəbəkələrdə, internet klublarda keçirdiyi bir vaxtda onları kitab oxumağa yönəltmək məqsədilə İsmayıllı rayonunda “Kitablar hər yerdə” adlı yeni layihəyə start verilib.

APA TV-nin yerli bürosunun xəbərinə görə Gənclərin İnkişaf və Karyera Mərkəzinin İsmayıllı nümayəndəliyi tərəfindən həyata keçirilən bu layihə çərçivəsində gənclər oxumuş olduqları kitablardan və “İsmayıllı xəbərləri” qəzetindən ibarət kiçik kitab rəfləri hazırlayıblar.

Kitab rəfləri rayon mərkəzində gənclərin və müxtəlif yaş qrupundan olan insanların mütəmadi olaraq istifadə etdiyi kafe, çay evlərinə, eləcə də şəhərdaxili və kəndlərə gedən avtobuslara yerləşdirilib.

Bununla da layihə təkcə rayon mərkəzində deyil, 20-dən çox kənd və qəsəbədə yaşayan 32 mindən çox insanı əhatə etmiş olacaq.

Qeyd edək ki, layihə davamlı şəkildə icra olunacaq, bütün kafe və çay evlərini, marşrut avtobuslarını əhatə edəcək.

Şahnəzər Bəşirov

APA TV

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın