16:38 06 İyul 2020 370
Ana səhifə Xəbərlər

İsmayıllıda "Ford" aşdı, qadın sürücü öldü

İsmayıllı rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə bu gün İsmayıllı-İvanovka yolunda qeydə alınıb.

Gədəbəy rayon sakini, 1987-ci il təvəllüdlü Cəmalə Ruman qızı Hüseynova idarə etdiyi 99 BO 457 dövlət nömrə nişanlı "Ford Tranzit" markalı yük maşını ilə hərəkətdə olarkən idarəetməni itirib, avtomobil yoldan çıxaraq aşıb. Hadisə zamanı ağır xəsarətlər alan Cəmalə Hüseynova dünyasını dəyişib. Avtomobildə olan sərnişin, 1982-ci il təvəllüdlü Gəncə şəhər sakini Sahil Muxtar oğlu Babazadə yüngül xəsarət alıb.

Məlumata görə, sürücü və sərnişin bu avtomobillə rayonlara "Təbriz" Şirniyyat Müəssisəsinin məhsullarını daşıyırmış.

Faktla bağlı araşdırma aparılır.

Şahnəzər Bəşirov

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın