14:40 23 Yanvar 2020 444
Ana səhifə Xəbərlər

İsmayıllıda könüllülər qocaman müəllimin qonağı olublar

İsmayıllı rayonunda bir qrup könüllü gənc şəhid ailələri, məcburi köçkünlər və xüsusi qayğıya ehtiyacı olan ahıl yaşlı insanların evlərinə gedərək onlara kömək edirlər.

APA TV-nin yerli bürosunun xəbərinə görə, gənclər bu dəfə ahıl yaşlı Qureyiş nənənin qonağı olublar.

Qureyiş nənə ömrünün 50 ilini elmə və təhsilə həsr edib. Məktəbdə müəllim işləyib. Könüllü gənclər aldıqları sovqatı qocaman müəllimə təqdim etdikdən sonra Qureyiş nənənin evində təmizlik işləri aparıb, həyətində və bağında səliqə-sahman yaradıblar. Çoxlu güllər əkiblər.

Gənclərlə çay süfrəsi arxasında səmimi söhbət edən Qureyiş nənə öz şərəfli həyat yolundan söz açıb.

Qeyd edək ki, İsmayıllıda gənclərin “Könüllü qonaq” adlı qrupu 2020-ci ilin "Könüllülər ili" elan edilməsi ilə əlaqədar bütün sahələrdə könüllülük ideologiyasının kütləvi şəkildə tətbiqi və bu istiqamətdə müxtəlif uğurlu layihələrə imza atılmasından sonra yaranıb.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın