17:59 03 İyul 2020 411
Ana səhifə Xəbərlər

İsmayillida “playstation” oynayanlar saxlanıldı

İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən respublikada elan edilmiş karantin rejimi qaydalarına rayon ərazisində riayət edilməsi məqsədilə tədbirlər davam edir.

APA TV-nin yerli bürosunun məlumatına görə, polis əməkdaşları şəhər ərazisində xidmət aparan zaman karantin qaydalarının pozulduğu oyun zalı aşkar ediblər.

İçərilərində azyaşlılar da olmaqla 20-yə yaxın şəxsin “playstation” zalında tibbi maskadan istifadə etmədən, eləcə də ara məsafəsini gözləmədən əyləşdikləri müəyyən olunub.

İcarədar və 15 nəfər müştəri barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək cərimə olunublar.


Şahnəzər Bəşirov

APA TV

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın