14:00 11 Sentyabr 2019 22
Ana səhifə Xəbərlər

“Jiquli” traktora çırpıldı - 2 YARALI

Ağcabədidə minik maşını traktora çırpılıb.

APA TV-nin Qarabağ bürosunun məlumatına görə, hadisə rayonun Hindarx qəsəbəsində qeydə alınıb. Bərdə rayon sakini 43 yaşlı Aslanov Elvin Şükür oğlu idarə etdiyi “LADA 2110” markalı 02 BU 230 dövlət nömrə nişanlı maşını yol kənarında dayanan “BELARUS” markalı 10 D 685 dövlət nömrəli traktora çırpıb. Nəticədə avtomobilin sürücüsü E. Aslanov və sərnişini - Bərdə rayon sakini, 1993-cü il təvəllüdlü Məmmədov Pərviz Tahir oğlu ağır xəsarət alıb.

Yaralılar Bərdə Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Həkimlər hər iki yaralının vəziyyətini ağır olduğunu deyir.

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın