13:11 31 İyul 2020 272
Ana səhifə Xəbərlər

Karantin rejimi qaydalarına əməl etməyən ət kəsim məntəqəsi aşkarlanıb

Koronavirus (COVID-19) pandemiyasının Azərbaycanda yayılmasının qarşısının alınması məqsədilə Bakı şəhərində həyata keçirilən genişmiqyaslı tibbi-profilaktiki, dezinfeksiyaedici və digər qabaqlayıcı kompleks tədbirlər davam etdirilir.

Bu istiqamətdə görülən işlər çərçivəsində əhalinin qida təhlükəsizliyi məsələlərinə də xüsusi diqqət yetirilir. Lakin görülən işlərə, keçirilən tədbirlərə və geniş maarifləndirmə işlərinə baxmayaraq, öz şəxsi mənafe və qazanclarını minlərlə insanın sağlamlığından üstün tutan bəzi işbazlar bu gün də antisanitar, insanların sağlamlığı üçün təhlükəli şəraitdə qida məhsullarının hazırlanması, o cümlədən ət kəsimi və satışı ilə məşğul olurlar.

Sağlamlığımız üçün təhlükəli olan belə halların qarşısının alınması məqsədilə Daxili İşlər Nazirliyi tərəfindən qəti və təxirəsalınmaz tədbirlər həyata keçirilib.

Xətai rayon polis idarəsinin əməkdaşları bu dəfə Şıxlinski 36 ünvanında qanunsuz ət kəsimi ilə məşğul olan və karantin qaydalarına əməl etməyən məntəqə aşkarlayıb.

Məntəqə sahibi barəsində İnzibati Xətalar Məcəlləsinə müvafiq maddələrinə uyğun tədbirlər görülüb.

Yeri gəlmişkən qeyd edək ki, Daxili İşlər Nazirliyi Qurban bayramı ilə əlaqədar vətəndaşlara müraciət edib. Müraciətdə Qurban bayramı münasibətilə xalqımıza təbrik ünvanlanır, eyni zamanda xüsusi karantin rejimi ilə əlaqədar Nazirlər Kabineti yanında Operativ Qərargahın tətbiq etdiyi bütün qaydalara riayət edilməsi vətəndaşlardan tələb olunur.

Mirçingiz Ağazadə

Musa Qulammirzəyev

APA TV

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın