17:20 06 Aprel 2020 212
Ana səhifə Xəbərlər

Karantin rejimini pozan obyektlər cərimələndi

Xüsusi karantin rejimi ilə əlaqədar olaraq ictimai iaşə obyektlərinin fəaliyyətinin qadağan edilməsinə baxmayaraq bəzi sahibkarların bu qaydalara əməl etməkdən yayınması hallarına hələ də rast gəlinməkdədir.

DİN mətbuat xidmətindən APA TV-yə verilən xəbərə görə, Əlahiddə Çevik Polis Alayının əməkdaşları tərəfindən keçirilən növbəti tədbir zamanı Qaradağ rayonu Lökbatan qəsəbəsi 2-ci massivdə fəaliyyət göstərən “Köhnə Faxralı” adlı kafe aşkar edilib. Həmin obyektə baxış zamanı xüsusi karantin qaydalarına zidd olaraq vətəndaşlara xidmət edildiyi məlum olub.

Əlahiddə Çevik Polis Alayının əməkdaşlarının keçirdikləri daha bir tədbir zamanı Xətai rayonu Məzahir Rüstəmov küçəsində fəaliyyət göstərən kişi salonunda da müştərilərə xidmət göstərildiyi müəyyən edilib.

Hər iki obyektin sahibi və karantin qaydalarını pozan digər şəxslər cərimə ediliblər.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın