16:00 13 Noyabr 2019 41
Ana səhifə Xəbərlər

Keçmiş deputatın məhkəməsi başladı

Abşeron rayon Məhkəməsində Bakı Dövlət Universitetinin (BDU) müəllimi Xatirə Nəcəfova sabiq deputat Rafael Cəbrayılova qarşı qaldırdığı iddia üzrə məhkəmə prosesi başlayıb.

APA TV-nin məlumatına görə, hakim Habil Əhmədovun sədrliyi ilə məhkəmənin hazırlıq iclası keçirilib.

Növbəti məhkəmə prosesi təxirə salınıb.

Qeyd edək ki, keçmiş deputatın Xatirə Nəcəfovadan külli-miqdarda borc alaraq qaytarmadığı bildirilir.

Xatırladaq ki, R. Cəbrayılovun 300 min manat borc qarşılığında deputat vəsiqəsini girov qoyması ilə bağlı xəbərlər yayılıb. O, T. Fətəliyeva adlı vətəndaşdan ev tikmək üçün notariat qaydasında təsdiq olunmuş şəkildə 300 min ABŞ dolları məbləğində borc alıb. Lakin deputat borcu vaxtında ödəyə bilməyib. Bundan əlavə R. Cəbrayılov T. Fətəliyevadan başqa X. Nəcəfova adlı daha bir qadından da borc alıb.

İttiham olunan şəxs başqa şəxslərə də borcu olduğu ortaya çıxıb. Bundan sonra o, mandatından imtina etməklə bağlı parlamentə müraciət edib. Oktyabrın ayının 2-də Rafael Cəbrayılovun səlahiyyətlərinə xitam verilib.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın