18:11 22 Yanvar 2021 110
Ana səhifə Xəbərlər

Keçmiş məhkumdan narkotik götürülüb – HACIQABULDA 


Hacıqabulda keçmiş məhkumdan külli miqdarda narkotik vasitələr götürülüb.


APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, Hacıqabul rayon polis şöbəsi (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 2 nəfər saxlanılıb.


Əməliyyat zamanı Bakı sakini, 1984-cü il təvəllüdlü əvvəllər məhkum olunan Kərimov Nahid Vaqif oğlu və Bakı sakini, 1970-ci il təvəllüdlü Məlikov Elman Əlniyaz oğlu idarə etdikləri “Mercedes” markalı, 99 GM 448 dövlət nömrə nişanlı avtomobillə birgə saxlanılıblar. N.Kərimovun üzərinə baxış zamanı ondan 3 bükümdə narkotik vasitələr olan qurudulmuş marixuana, heroin və psixotrop maddə olan həblər aşkar edilərək götürülüb.


Daha sonra avtomobilin arxa yük yerinə baxış zamanı oradan 705 qram çəkidə narkotik vasitə olan heroin və 135 qram çəkidə metamfetamin aşkar edilərək götürülüb.
Araşdırma zamanı müəyyən olunub ki, onlar qabaqcadan əlbir olaraq İran İslam Respublikasının vətəndaşı Miramil adlı şəxslə telefonla danışaraq 1000 manat müqabilində 705,233 qram heroini, 135,05 qram metamfetamini və 5,45 qram qurudulmuş marixuananı Bakı şəhərindən Gəncə şəhərinə aparmaqla bağlı razılığa gəliblər.


Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın