16:42 17 Oktyabr 2020 123
Ana səhifə Xəbərlər

Kəmaləddin Heydərov: “Dağılan bütün yerlər bərpa olunacaq, sakinlər mənzillərlə təmin ediləcək”

“Hadisə baş verən vaxtdan Fövqəladə Hallar Nazirliyinin xilasediciləri hadisə yerində xilasetmə işləri həyata keçirir”.

Bunu APA TV-yə açıqlamasında Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov deyib. Nazirin sözlərinə görə, Gəncədə baş verənlər erməni təxribatının, vandalizminin, vəhşiliyinin növbəti bariz nümunəsidir: “Başqa ölkənin ərazisindən, heç bir hərbi obyekt olmayan, mülkü əhalinin sıx yaşadığı əraziyə raket atmaq, onları həlak etmək ermənilərin hər zaman xislətində olub. Bu vəhşilik onların qanındadır. Bu gün ön cəbhədə vəziyyətin çox yaşı olmasını ermənilər həzm edə bilmirlər. Ona görə də gücləri ancaq mülki əhaliyə çatır. Bizim mübariz əsgərlər ilə vuruşmağa ermənilərin gücü olmadığına görə, belə bir provokasiyalara gedirlər, pis bir akta qol qoyurlar”.

Nazir onu da bildirib ki, xilasetmə işləri başa çatdıqdan sonra dəyən ziyan müəyyənləşdiriləcək. Dağılan bütün yerlər bərpa olunacaq, sakinlər mənzillərlə təmin ediləcək. Müzəffər ordumuz Gəncədə axıdılan qanın qisasını alacaq: “Bu gün elan olundu Füzuli şəhəri işğaldan azad olunub. Müzəffər ordumuz irəli gedir və torpaqlarımızı geri alırıq. Bu bizim üçün böyük bir zəfərdir. Cənab Prezident, Ali Baş Komandanın apardığı düzgün siyasət bunu bir daha sübut etdi ki, biz düz yoldayıq. Azərbaycan əsgəri güclüdür. Azərbaycan Ordusu yenilməzdir. Azərbaycan Dövləti qüdrətlidir”.

Qeyd edək ki, Ermənistan silahlı qüvvələri ötən gecə saat 01:00 radələrində döyüş bölgəsindən tamamilə kənarda yerləşən Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəyə növbəti dəfə raket zərbələri endirib. Düşmən təxribatı nəticəsində mülki əhalinin yaşadığı evlər dağılıb, ölən və yaralananlar var.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın