18:00 06 Noyabr 2019 51
Ana səhifə Xəbərlər

Kənd sakininin qoyunları kütləvi şəkildə tələf olub - AĞDAŞDA

Ağdaşda xırdabuynuzlu heyvanlar arasında kütləvi tələfat qeydə alınıb.

Ağdaşda xırdabuynuzlu heyvanlar arasında kütləvi tələfat qeydə alınıb.

APA TV-nin yerli bürosunun məlumatına görə,rayonun Hapıtlı kənd sakini Əliyev Tahir İbrahim oğlunun 80 baş xırdabuynuzlu heyvanına infeksion pasterellyoz xəstəliyinə qarşı serum vurulub. Müalicə zamanı 10 baş heyvandan 5-i naməlum səbəbdən ölüb.

Hadisə barədə baytar həkim bildirir ki, heyvanların hamısı müayinə edilib, müalicə davam etdirilir: Digər heyvanların tələf olmaması üçün tədbirlər görülür. Hadisənin yerində müayinəsi üçün rayon baytarlıq idarəsinin mütəxəssisi də ərazidə olub:

Sahə həkiminin sözlərinə görə, ölən heyvandan müayinə üçün nümunələr götürülərək paytaxta göndərilib. Yaxın vaxtlarda müayinənin cavabı məlum olacaq.

Ziyana düşən vətəndaş serum dərmanını Göyçay rayonundakı baytarlıq aptekindən aldığını bildirir. Aptekin sahibi də hadisə yerinə dəvət olunub. O, Tahir Əliyevə dəyən maddi ziyanı ödəyib.

Qeyd edək ki, kənd sakininin bu ilin mart ayında 17 baş xırdabuynuzlu heyvanı da eyni dərmanı qəbul etdikdən sonra tələf olub.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın