18:40 14 Dekabr 2019 451
Ana səhifə Xəbərlər

Kəndlinin yaza çıxarmaq istədiyi 300 cücə tələf oldu - YANĞIN

Göyçay sakininin ev quşları saxladığı tikili yanıb.

APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə rayonun Qarabaqqal kəndində qeydə alınıb.

Yanğın nəticəsində təsərrüfat sahibi Rüstəmov Habil Əli oğluna ziyan dəyib. Həyətindəki tikili ilə bərabər saxladığı 300 cücə də tələf olub.

Lakin ziyan daha böyük ola bilərdi.

Əraziyə gələn Göyçay Dövlət Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən avtomobili və canlı qüvvəsi tikiliyə bitişik fərdi yaşayış evini yanğından mühafizə edib.

Faktla bağlı araşdırma aparılır.


Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın