11:05 08 Aprel 2021 46
Ana səhifə Xəbərlər

Koronavirus xəstəsinin yaşayış yerini tərk etdiyi müəyyən edilib - XAÇMAZDA

Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə COVID-19 infeksiyasına yoluxmuş rayon sakininin yaşayış yerini tərk etdiyi müəyyən edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan APA TV-yə verilən məlumatına görə, Xaçmaz rayon sakini Zəki İskəndərova COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə ev şəraitində müalicə təyin edilib.

Lakin polis əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə həmin şəxsin yaşayış yerini tərk etdiyi müəyyən edilib və o, rayon ərazisində aşkar edilərək yaşadığı ünvana qaytarılıb.

Həmin şəxsin törətdiyi əmələ hüquqi qiymət verilməsi üçün araşdırmalar aparılır.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın